Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Mən bilirəm ki, sən nəyin varsa bizə verirsən” – Zelenskidən Şoltsa

50 Baxış

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində Ukrayna ordusuna alman silahlarının verilməsini təmin etmək üçün çox iş görülməli olduğunu bildirib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Şoltsla danışanda deyib: “Qulaq as, Olaf, mən bilirəm ki, Almaniyanın artıq raketləri yoxdur, kəşfiyyat da bizim üçün işləyir. Mən bilirəm ki, sən nəyin varsa bizə verirsən”.

Zelenski qeyd edib ki, o, kanslerin bunu necə etdiyini bilmir, lakin Şoltsun raketlərin istehsalını sürətləndirdiyini bilir. Zelenskinin sözlərinə görə, Ukraynaya hər şeyi vermək ən sərfəlisi olacaq.

Keçən ilin iyununda Şolts Almaniyanın Ukraynanı müasir IRIS-T hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə hazır olduğunu, lakin Bundesverin əlavə sistemlərinin olmadığını və yenilərinin istehsalının bir neçə ay çəkəcəyini bildirmişdi.

Oktyabr ayında Almaniyanın ilk IRIS-T SLM hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verdiyi məlum olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678