Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verdi

51 Baxış

Bir həftə ərzində Almaniya hökuməti Ukraynaya daha iki “Gepard” özüyeriyən zenit-raket kompleksi, habelə onlar üçün 6000-ə yaxın sursat təhvil verib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, rəsmi Berlinin Kiyevə təqdim etdiyi silahların yenilənmiş siyahısında göstərilib.

Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Kiyev cəmi 34 “Gepard” özüyeriyən zenit-raket kompleksi alıb. Ötən həftə Almaniya hakimiyyəti Ukraynaya iki patrul zirehli maşını da göndərib.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il martın 6-dək olan müddətdə 2,6 milyard avrodan artıq hərbi təyinatlı məhsulların ixracı üçün ayrıca icazələr verib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678