Şahzadə hərbi forma geyindi, təlimlərə qatıldı

6 Baxış

İngiltərə kraliçası II Elizabetdən sonra rəsmi olaraq Uels şahzadəsi olan Keyt Midlton hərbi forma geyinib.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az “The Gazette” qəzetinə istinadla xəbər verir ki, K. Midlton Britaniya ordusunun təlimlərində iştirak edib.

40 yaşlı şahzadə Britaniya ordusunda “The Micks” kimi tanınan İrlandiya əsgərləri ilə görüşərək, onlarla söhbət edib.

Qarlı poliqonda əsgərləri müşayiət edən Şahzadə ilk yardım təliminə qatılıb.

Şahzadə hərbi forması, əlcəyi və papağı ilə mühitə uyğunlaşıb.