Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın əks-hücum planı – Bu ölkələr də qoşulur və üçüncü dünya müharibəsi başlayır

56 Baxış

Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib ki, ABŞ və NATO-nun bu ilin yazında Ukraynada Polşa və Baltikyanı ölkələrin də qoşulacağı və dünya müharibəsinə çevriləcək böyük əks-hücum əməliyyatına başlamaq planı var.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Flippo bunu “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ABŞ bu münaqişənin qlobal olmasını istəyir və buna görə hər şeyə hazırdır.

O, amerikalıların bu yaz əks-hücum əməliyyatına başlamaq fikrininin olduğunu vurğulayıb. Partiya lideri hesab edir ki, bu, son dərəcə təhlükəlidir, çünki münaqişənin qloballaşmasını istəyən Polşa kimi ölkələr, eləcə də Baltikyanı ölkələr hər şeyə hazırdır. Filippo Fransa hökumətini bu “əks-hücumdan” geri çəkilməyə çağırıb, ona görə ki, bu, dünya müharibəsinə çevrilmək riski daşıyır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678