Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Netanyahu müdafiə nazirini işdən çıxardı: Ölkədə etirazlar başladı

57 Baxış

İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra ölkədə etirazlar başlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Yedioth Ahronoth qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, etirazçılar Təl-Əvivdə hökumət binalarına gedərək nəqliyyatın hərəkətini kəsiblər.

Bir qrup nümayişçi işdən çıxarılan nazirə dəstək ifadə etmək üçün ölkənin şimalındakı Amikam qəsəbəsində Qalantin evinə gəlib.

İsrailin müdafiə naziri Yoav Qalantı İsrailin baş naziri Benyamin Netanyahu vəzifəsindən azad edib.

Martın 25-də Qalant hökuməti bu məsələdə ictimai razılığa gəlmək üçün kifayət qədər uzun müddətə məhkəmə islahatlarından imtina etməyə çağırıb. Bu sözləri siyasətçi Böyük Britaniyaya səfəri zamanı deyib .

Netanyahu müdafiə nazirinə inamını itirdiyini, çünki o, “hökumətin arxasınca hərəkət etdi” deyib. 48 saat ərzində yeni müdafiə naziri təyin olunmalıdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678