Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni separatçıları Bakının təklifinə cavab verib

56 Baxış

Azərbaycan Qarabağda yaşayan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün növbəti dəfə Bakıya dəvət etmişdi.

Turanmedia.az-ın məlumatına görə, TNS news.am-a istinadən xəbər verir ki, Bakının bu təklifini Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları cavablandırıblar.

Erməni separatçılar görüş yerinə (Bakının seçilməsi) və müzakirə ediləcək mövzuya (reinteqrasiya) etiraz ediblər və bu təklifi qəbul etməyəcəklərini bildiriblər.

Onlar görüşün Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı kontingentin komandanlığının binasında olmasını istəyiblər.

Qeyd edək ki, erməni separatçıları “bərabərhüquqlu dialoqa” və yalnız “humanitar məsələləri” müzakirə etməyə can atır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678