Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəhşətli itkilər də rusları dayandırmır – Malyar

77 Baxış

Baxmut istiqamətində vəziyyət çox gərgin olaraq qalır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Düşmən döyüşə təkcə “vaqnerçilər” deyil, həm də peşəkar desant bölmələrini cəlb etməyə cəhdlər edir”, – o bildirib.

Malyar qeyd edib ki, hətta çox sayda şəxsi heyət itkisi də düşməni dayandırmır:

“İtki rus komandanlığını daha emosional qərarlar qəbul etməyə məcbur edir. Müdafiəçilərimiz çətin şəraitdə düşmənin irəliləməsini dayandırmalıdır.

Mövcud vəziyyətə cavab tədbirləri bütün şərait, tapşırıqlar və hərbi məqsədəuyğunluq prinsipi nəzərə alınmaqla, səriştəli şəkildə həyata keçirilir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678