Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əgər bu baş versə, dünya İranın girovuna çevriləcək – Netanyahu

40 Baxış

İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya onun girovuna çevriləcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu yazıb.

“İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda görəcəyik. Bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovuna çevriləcək”, – İsrailin baş naziri “Twitter” səhifəsində qeyd edib.

Netanyahu əlavə edib ki, məhz bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678