Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rumıniya bu ölkələrə müdafiə üçün əlavə vəsait ayıracaq

38 Baxış

Rumıniya Ukrayna və Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bu ölkələrə əlavə olaraq, müvafiq qaydada 800 min və 750 min ABŞ dolları verəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku NATO xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.

“İclasın gedişində Ukraynaya 800 min ABŞ dollarından çox, Moldovaya isə 750 min ABŞ dollarından çox vəsait ayırmaqla NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi proqramlarına əlavə töhfə verəcəyimizi elan edəcəyəm”, – o deyib.

B.Auresku nazirlərin görüşündə Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.

“Bu, şərq cinahdakı ölkələrdə, o cümlədən Rumıniyada müttəfiqlərin mövcudluğunu saxlamaq və genişləndirmək deməkdir”, – o əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678