Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böyük Britaniyadan “TikTok”a milyonluq cəza

65 Baxış

Böyük Britaniya “TikTok” sosial platformasını 12,7 milyon funt sterlinq (təxminən 26 milyon AZN) cərimələyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi açıqlayıb.

Buna səbəb “TikTok”un azyaşlıların məlumatlarından sui-istifadə etməsinə yol verməsidir.

Bildirilib ki, Böyük Britaniyada 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, “TikTok”dan istifadə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678