Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oğul anasını öldürdü, atasını yaraladı – FOTO

50 Baxış

Oğul anasını öldürdü, atasını ağır yaraladı.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, hadisə Ərzurumda baş verib.

25 yaşlı Ahmet Yavuz birgə yaşadıqları mənzildə 57 yaşlı anası və 62 yaşlı atası ilə mübahisə edib.

Mübahisə zamanı oğul mətbəxdən götürdüyü bıçaqla valideynlərinə hücum edib. Ağır bıçaq xəsarətləri alan anası hadisə yerində ölüb. Yaralı vəziyyətdə evdən qaçan ata isə qonşunun mənzilinə sığınıb. Əlində bıçaq atasının arxasınca gələn oğulu qonşular zərərsizləşdirib.

Hadisə yerinə polis və təcili tibbi yardım həkimləri gəlib. Mübahisə zamanı özüdə xəsarət alan Ahmet Yavuz atası ilə birlikdə xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırlılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678