Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kabus geri dönür, dünya qorxu içində – Sürətlə yayılır, artıq 2 ölkədə…

74 Baxış

Dünyada 6 milyondan çox insanın həyatına son qoyan və bir müddət həyatı donduran COVID-19-un təsirləri artıq arxada qalıb. Lakin dünyanın müxtəlif yerlərində koronavirusun fərqli variantları ortaya çıxmaqda davam edir.

Turanmedia.az xəbər verir ki, son zamanlar Hindistanda ortaya çıxan yeni variant dünyada narahatlığa səbəb olub.

İngiltərədə də rast gəlinən XBB.1.16 – “Arcturus” adlı variantın omikrondan törədiyi bildirilir.

Artıq Hindistanın bəzi bölgələrində koronavirusun yeni variantına görə yenidən maska taxmaq tələbi qoyulub.

İngiltərədə isə sözügedən varianta son bir ayda 50 yoluxma hadisəsi aşkarlanıb.

Britaniya qəzetlərinə danışan Şərqi İngiltərə Universitetinin professoru Paul Hunter ilk dəfə Hindistanda əmələ gələn variantın hələ ki, bütün dünyaya yayılmadığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə yanvarın sonunda ortaya çıxan “Arcturus”a yoluxma hadisələrini yaxından izlədiklərini bildirib.(musavat.com)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678