Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda 32 nəfər saxta içkidən zəhərlənərək öldü

68 Baxış

Hindistanın şərqində yerləşən Bihar əyalətində 32 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Turanmedia.az APA-ya istinadən bildirir ki, bu barədə Hindistan Radiosu məlumat yayıb.

Aprelin 15-də xəstəxanaya çatdırılan 14 nəfərin vəziyyətinin isə ağır olduğu, zəhərlənmə qurbanlarının sayının arta biləcəyi qeyd olunub.

Məlumata görə, polis kütləvi zəhərlənməyə səbəb olan saxta içkilərin hazırlanmasında şübhəli bilinən 108 nəfəri saxlayıb və 6000 litr zəhərli spirt müsadirə edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678