Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avtobusun aşması nəticəsində 7 nəfər xəsarət alıb

61 Baxış

Rusiyanın Novqorod vilayətinin Starorusski rayonunda avtobus idarəetmədən çıxaraq aşıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Novqorod vilayəti üzrə yol polisi idarəsinin rəisi Viktor Qavrilov məlumat verib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İlkin məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobusu idarə edən sürücü eyni istiqamətdə hərəkətdə olan avtomobili keçərkən maneəyə çırpılıb, ardınca yolun hərəkət hissəsinə aşıb.

Avtobus yoxlanılarkən müəyyən edilib ki, avtobus texniki baxışdan keçirilmədən idarə olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678