Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin daxili işlər nazirindən mühüm açıqlama: “Son 40 ildə ilk dəfədir ki…”

53 Baxış

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Sizə bir şeyi demək istəyirəm. Türk xalqı bunu ilk dəfə eşitmiş olacaq. Son 40 ildə ilk dəfədir, bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazan bayramını tam təhlükəsiz şəkildə qeyd edirlər. Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə bu günə kimi çox böyük çətinliklərin öhdəsindən gəlib”, – nazir bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678