Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mənzildə iki uşaq cəsədi tapıldı: Ana cinayəti etiraf etdi

131 Baxış

Moskvanın Tayninskaya küçəsində yerləşən mənzillərdən birində 2017 və 2015-ci il təvəllüdlü iki uşağın cəsədi tapılıb.

Bu barədə TASS məlumat yayıb.

Cəsədləri uşaqların atası aşkarlayıb. Həmin vaxt onun həyat yoldaşı da evdə olub. Lakin qadın özündə olmadığı üçün vəziyyəti izah edə bilməyib.

Faktla bağlı cinayət işi açılıb. Ana istintaq tərəfindən saxlanılıb və bir qədər sonra cinayəti etiraf edib.

O qeyd edib ki, qəfildən uşaqlarını öldürməyə qərar verib, həmçinin hadisədən sonra spirtli içki də qəbul edib.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678