Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadırov Patruşev və “Vaqner” rəhbəri ilə nədən danışdı?

51 Baxış

Çeçenistan Respublikasının rəhbəri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Ramzan Kadırov bu barədə özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, “Nikolay Platonoviçin böyük təcrübəsi var”, ona görə də onunla görüşlər Çeçenistan rəhbəri üçün “xüsusilə dəyərlidir”.

“Bu dəfə də görüşümüz onun əvəzolunmaz siyasi məsləhətləri və göstərişləri ilə yadda qalıb”, – deyə o bildirib.

Bundan əvvəl Ramzan Kadırov biznesmen, “Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi Yevgeni Priqojinlə görüşüb. Görüş barədə danışan Kadırov deyib ki, onlar “beynəlxalq xarakterli çox qaynar məsələləri” müzakirə ediblər. Kadırov onu da vurğulayıb ki, “Yevgeni Viktoroviçlə hər zaman danışacaq nəsə var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678