Belarus hərbi qüvvələrinin sayını açıqladı
8 Baxış

Belarusda güc strukturlarının şəxsi heyətinin sayı hazırda 1,5 milyon nəfərdir.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.
Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun əmri ilə yaradılmış xalq milisi də bu saya daxildir:
“Bu gün biz bütün bu strukturları sülh dövründə saxlayırıq. Bütün kompleks – hərbçilər, polislər, Dövlət Təhlükəsizliyi Komitəsi, sərhədçilər, ərazi müdafiəsi və xalq milisləri – ümumilikdə 1,5 milyon şəxs əlində silahla vətənlərini müdafiə edəcəklər”, – Volfoviç bildirib.