Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kremlə PUA hücumu- Putin xəsarət alıb?

55 Baxış

Ukrayna gecə saatlarında dronların köməyi ilə Kremlə zərbə endirməyə cəhd edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb, itki yoxdur.

“Hərbçilər və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxıb. Terror hücumu nəticəsində Rusiya Federasiyasının Prezidenti xəsarət almayıb. Onun iş qrafiki dəyişməyib, adi rejimdə davam edir”,-məlumatda bildirilib.

Kreml əlavə edib ki, Rusiya harada və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678