Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə bu halda Ermənistana müharibə elan edəcək, amma…” – Generaldan AÇIQLAMA

47 Baxış

“Ermənistanın “Nemezis” abidəsi qoyması, Azərbaycan və Türkiyə bayraqlarını yandırmaları onların aciz və zavallı olduğunu göstərir. Türkiyə “Nemesis” və oxşar mövzulara görə Ermənistana müharibə elan etməz. Amma əlbəttə ki, Türkiyənin alternativ cavab yolları var”.

Turanmedia.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General xatırladıb ki, Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb:

“Ermənistana lazımi cavablar verilib və veriləcək. Absurd fikirlərinə, səviyyələrinə görə həmişə cavablarını alacaqlar.

Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamazsa, işğalçı fəaliyyətini davam etdirərsə, Azərbaycanın torpaqlarına və ərazi bütövlüyünə qarşı təxribat törədərsə, Türkiyə Şuşa Bəyannaməsinə uyğun olaraq bunu özünə qarşı hücum kimi qəbul edər və Ermənistana müharibə elan edə bilər. Amma Türkiyə və ya Azərbaycanın Ermənistana müharibə elan etməsinə lüzum yoxdur. Paşinyan özü də etiraf edib – Ermənistan dövləti günbəgün yox olmaq, dağılmaq üzrədir. Ermənistanın yeganə şansı Azərbaycanla, Türkiyə ilə barışmaq, hər iki ölkənin dəstəyi ilə xalqını xilas etməkdir. Azərbaycan torpaqlarında yaşayan ermənilərin isə yeganə qurtuluş yolu Azərbaycan vətəndaşlığını qəbul edərək orada yaşamaqdır. Əgər Azərbaycana silahla cavab verərlərsə, təxribata əl atarlarsa, Ermənistanla Türkiyə arasında savaş ehtimalı yarana bilər. Onsuz da Ermənistan müharibəsiz də yıxılıb yox olacaq, dağılacaq durumdadır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678