İmamoğlu prezidenti elan etmişdi, sözünü dəyişdi
6 Baxış

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gəldiyi ilə bağlı sözlərinə aydınlıq gətirib.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, İmamoğlu bu sözləri rəsmi nəticələrə görə demədiyini bildirib.
“İnandığım üçün Kılıçdaroğlunu prezident elan etdim”, – Əkrəm İmamoğlu bildirib.
Qeyd edək ki, seçkilərdə iştirak edən namizədlərdən (Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Sinan Oğan) heç biri 50+ səs toplamadığı üçün ikinci tur 28 mayda keçiriləcək.