Maksim Qalkin öz üzərindən xarici agent statusunun götürülməsini tələb etdi

5 Baxış

Məşhur rusiyalı teleaparıcı Maksim Qalkin öz üzərindən xarici agent statusunun götürülməsini tələb edib.

Turanmedia.az xəbər verir ki, müvafiq iddia ərizəsi mayın 11-də Moskvanın Zamoskvoretski Məhkəməsinə daxil olub.

Xatırladaq ki, teleaparıcı 16 sentyabr 2022-ci ildə xarici agentlər siyahısına əlavə edilib. Reyestr məlumatlarına görə, Qalkin siyasi fəaliyyətinə görə bu statusu alıb.(oxu.az)