Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğandan gənclərə daha bir çağırış

58 Baxış

Əziz gənc qardaşlarım, dibsiz qaranlıqda mübarizə aparanlar ümid verə bilməz; baxışı, xəyalı, idealı, hədəfi olmayanlar üfüq çəkə bilməz. Sizi siyasi uğursuzluqlarına şərik etmək istəyənlərin yalanlarına qoşulmayın.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Biz hər zaman sizin yanınızdayıq. 21 ildir hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gənc qardaşımın həyat tərzinə müdaxilə etmədiyimiz kimi, bir başqasının da geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqünə qarışmağına icazə vermədik. Ölkəmizə qazandırdığınız çoxlu işlər, sərmayələr və layihələrlə yanaşı, öz fikirlərinizi də azad şəkildə ifadə edə, gəncliyinizi azad və dolğun yaşaya bilməyiniz üçün var gücümüzlə çalışdıq.

Bu gün biz hər cür incəsənət tədbirlərinin rahat şəkildə keçiriləcəyi, beynəlxalq təşkilatlara ev sahibliyi edən, idmanın, musiqinin, elmin və texnologiyanın həyatımızın içində əvvəlkindən daha çox yer aldığı bir Türkiyədə yaşayırıq. 208 universitetimiz, 96 texnoparkımız, 316 dizayn mərkəzimiz və 1249 AR-GE mərkəzimizlə hədəflərimizə doğru əmin addımlar atırıq.

1 milyondan çox gəncin yarışdığı “Texnofest” ilə potensialınızı nümayiş etdirə və dünya ilə rəqabət apara biləcəyiniz platformalara sahibik.

Bütün bunları sizin üçün etdik, sizin dəstəyiniz, səyiniz, alın təriniz ilə bacardıq. Mayın 28-dən sonra inşallah, sizinlə birlikdə “Türkiyənin Yüz ili”nin inşasına başlayacağıq”, – Ərdoğan bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678