Yunanıstanda keçirilən seçkilərdə 4 türk deputat seçilib

6 Baxış

Yunanıstanda keçirilən parlament seçkilərində bu ölkədə yaşayan türklər də millət vəkili seçilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, mayın 21-də Yunanıstanda keçirilən seçkilərdə 4 Qərbi Trakiya türkü deputat seçilib.

Beləliklə, Radikal Sol Alyansından (SYRIZA) Özgür Ferhat, PASOK partiyasından İlhan Əhməd, Hüseyn Zeybek və Burhan Baran millət vəkili seçilib.

Onu da qeyd edək ki, Zeybek, Baran və Ahmet bundan əvvəlki seçkilərdə də Yunanıstan parlamentinin deputatları olublar.