Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kılıçdaroğlu Azərbaycandan danışıdı, mövqeyini bəlli etdi – Ərdoğandan fərqli olaraq bir dəfə də… – VİDEO

56 Baxış

“Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında heç bir fərq yoxdur. Azərbaycanla olan dostluğumuz, bərabərliyimiz mən də daxil heç bir partiya üçün fərqli dəyərləndirilə bilməz. Prezident seçilərsəm, ilk rəsmi səfərim Şimali Kipr Türk Respublikasına, ikinci səfərim isə Azərbaycana olacaq”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət” İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu YouTube kanalı “BaBala TV”də yayımlanan “Mövzular: Açıq Mikrofon” verilişində deyib.

Kamal Kılıçdaroğlu “Həyatının layihəsi” adlandlrdığı “Yeni İpək Yolu” layihəsində Azərbaycanın niyə yer almaması ilə bağlı tənqidlərə cavab verib:

“Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında heç bir fərq yoxdur. Azərbaycanla olan dostluğumuz, bərabərliyimiz mən də daxil heç bir partiya üçün fərqli dəyərləndirilə bilməz. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Əminəm ki, digər siyasi partiyaların rəhbərləri də bu mövzuda mənim kimi düşünür, iki ölkə arasındakı münasibətlərə eyni paralellikdən baxırlar. Bu paralelliyi formalaşdıran qurumun adı da Xarici İşlər Nazirliyidir, onlar bu mövzuya həssaslıqla yanaşırlar.

kilicdaroglu

Bizim əsas hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək, Türkiyənin digər türk respublikaları ilə daha da yaxınlaşdıran iqtisadi təməl formalaşdırmaqdır. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Amma bu dəhlizin açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana davamlı dəstək göstərməsinə bağlıdır. İranla Ermanistan arasındakı əməkdaşlıq bu dəhlizin açılmasına maneə yaradır. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dəhlizin fəaliyyətinin həm biz, həm də İran, Ermənistan, digər Türk dövlətləri üçün böyük faydası olacağını və yaranacaq iqtisadi üstünlükdən bütün ölkələrin yararlana biləcəyinə regionu inandıra bilərsə, bölgədə daha güclü olacağıq. Biz o dəhlizi genişləndirməyə və böyütməyə məcburuq”.

Kılıçdaroğlu çıxışında Azərbaycanın kənarda qaldığı layihəsinə haqq qazandırmağa çalışıb. Maraqlıdır ki, Türkiyə müxalifətinin lideri Azərbaycanla bağlı çıxışı zamanı bir dəfə də olsun qardaş sözünü işlətməyib. O, Azərbaycanın dost ölkə olduğunu bildirib. Halbuki Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun komanda üzvləri bizim ölkəmizlə bağlı çıxışlarında “Qardaş Azərbaycan, “Can Azərbaycan” deyirlər.

Kamal Kılıçdaroğlu Zəngəzur dəhlizinin açılmasının çətin proses olduğuna da işarə edib. Doğrudur, o, “Zəngəzur dəhlizi açılmalıdır” deyib. Amma bu prosesə İranın mane olduğunu da açıq bəyan edib.

Bir sözlə, Kamal Kılıçdaroğlunun bu çıxışı göstərir ki, onlar hakimiyyətə gələrsə, Azərbaycana münasibət Ərdoğan hakimiyyətində olduğu kimi olmayacaq.

Ətraflı videoda:

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678