Ən çox udan tərəf Ermənistandır – Putin
5 Baxış

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq çox uğurla inkişaf edir, Rusiya assosiasiyanın bütün üzv ölkələri ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir və münasibətləri tərəfdaşlıq prinsipləri əsasında qurur.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aİİ ölkələri liderlərinin bugünkü toplantısında deyib.
Qazaxıstan Prezidenti Tokayevin sözlərinə istinad edən Rusiya lideri Aİİ-də əsas benefisiarın Ermənistan olduğunu bildirib:
“Çünki Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir”.
Ermənistan Baş naziri Paşinyan Putinin sualını cavablandırarkən bildirib ki, ölkədə ÜDM artımı 12,1% təşkil edir.
“Bu, çox ciddi rəqəmdir, çox ciddidir”, – deyə Putin Paşinyana bildirib.