Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə hakimiyyəti Öcalanla görüşüb? – Bozdağ

58 Baxış

İmralıda PKK lideri Abdullah Öcalanla heç bir görüş olmayıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Tvitter hesabında yazıb.

“Əksinə, terror təşkilatlarının Kamal Kılıçdaroğluya verdiyi dəstəyi gizlətmək üçün qəsdən bu kimi iddialar irəli sürülür. Günəş palçıqla örtülmür. Terror təşkilatlarının Kılıçdaroğluya dəstəyini gizlətməyə heç bir yalan kifayət etməz”, – Bozdağ bildirib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə hakimiyyətinin İmralıda PKK lideri Abdullah Öcalanla görüşdüyünü iddia edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678