Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan heç kimdən asılı deyil: Ermənistanın Türkiyə qorxusu

39 Baxış

“Rəcəb Tayyib Ərdoğan bundan sonra Qərbin çağırışlarına əhəmiyyət verməyəcək və özünə uyğun olanı edəcək”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu erməni news.am-a türkoloq Andranik İspiryan deyib.

O narahatdır ki, Türkiyə Prezidenti Ərdoğan son illərdə Qərbdən asılı olmadan müstəqil siyasət yürüdür.

“Təəssüf ki, ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə Türkiyə əhəmiyyətli rol oynayır. Əgər seçkilərdən əvvəl Ərdoğan Ermənistanla münasibətlərdə təmkinli olmağa, Qərbi tamamilə ona qarşı çevirməməyə çalışırdısa, indi artıq belə narahatlığı yoxdur. Bu o deməkdir ki, ilk növbədə, bütün bunları nəzərə almalıyıq ki, Ərdoğan bundan sonra Qərbin çağırışlarına, nəsihətlərinə əhəmiyyət verməyəcək. Ermənistan bunu nəzərə almalıdır”, – İspiryan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678