Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Konstitusiyaya dəyişiklik təklifimizi parlamentə təqdim edəcəyik”

41 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibdə ilk iclasından sonra mühüm açıqlamalar verib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Ərdoğan 4 saat davam edən iclasdan sonra toplantıda müzakirə olunan mövzular barədə danışıb.

Prezident deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir.

“Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik”, – Ərdoğan bildirib.

Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.

O, seçki öncəsi verdiyi bütün vədlərin icra ediləcəyini vurğulayıb: “Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678