Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu vəzifədə ilk qadın oldu – ABŞ-dən Türkiyəyə qayıtdı

41 Baxış

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu vəzifəsindən azad edilib, yerinə Hafize Qaye Erkan təyin edilib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb.

Bu vəzifə üçün yaşadığı və çalışdığı ABŞ-dən Türkiyəyə qayıdan Erkan qurumun ilk qadın prezidenti olub.

Qeyd edək ki, Erkan 1982-ci ildə anadan olub. O, 2001-ci ildə Boğaziçi Universitetini bitirdikdən sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678