Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistandan İrana cavab: Araşdıracağıq!

66 Baxış

Pakistan İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhramın İranın koalisiya yaratmaq barədə təklifinə cavab verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluc bəyanat yayıb.

“Hər bir təklifi araşdıracağıq, indiki mərhələdə hər hansı şərh verə bilmərik”,- XİN sözçüsü bildirib.

Qeyd edək ki, iyunun 2-də İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani Hind okeanının şimalı, Oman dənizi və körfəzdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fars körfəzi ölkələri ilə koalisiya yaratmaq niyyətində olduğunu bildirib. İranın adını çəkdiyi ölkələrin heç birindən hələlik bu təklifə müsbət cavab verilməyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678