Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranda polis 9 yaşlı uşağı güllələdi

45 Baxış

İranda 9 yaşlı uşaq polisin atdığı güllənin qurbanı olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Şüştər şəhər Polis İdarəsinin əməkdaşlarının içərisində sərnişinlər olan minik avtomobilinə atəş açması nəticəsində Murtaza Dolf Zərqani həlak olub.

Uşağın atası polisin heç bir xəbərdarlıq etmədən atəş açdığını deyib.

“Güllə oğluma dəydi və o, yerindəcə həlak oldu”, – deyə o, əlavə edib.

Polislər isə avtomobilin hərəkətinin qarşısını almaq üçün “qanununu icra etdik”lərini bildiriblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678