Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakan Fidanın İsraillə əlaqələri üzə çıxdı: “Ərdoğan vəzifəyə gəldiyi gündən…”

42 Baxış

“Hakan Fidan iki ölkə arasındakı yüksək gərginlik dövründə belə İsrail kəşfiyyatı ilə əlaqə saxlayıb”.

Turanmedia.az-ın məlumatına görə, TNS “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin olunan keçmiş MİT rəhbəri Hakan Fidan haqqında İsrail mətbuatında dərc olunan təhlili yazıda bəhs olunub.

İsrail Regional Xarici Əlaqələr İnstitutunun rəhbəri Nimrod Goren Mitvim bildirib ki, Hakan Fidan uzun illər Ankara-Qüds əlaqələrində əsas rol oynayan şəxslərdən biridir. Rəcəb Tayyib Ərdoğan vəzifəyə gəldiyi gündən bəri Hakan Fidan təhlükəsizlik strategiyasının içindədir. O, Türkiyənin bölgədəki münasibətləri ilə bağlı bütün mərkəzi məsələlərə toxunub. Prezident ona inanır, eyni zamanda böyük təcrübəsi və biliyi var.

Məqalədə Türkiyə-İsrail yaxınlaşmasında rol oynamış Prezident İsxak Hersoqun etibarlı adamı olan ravvin Mark Şnayerin də fikirləri yer alıb:

“Hakan Fidan İsrail kəşfiyyatı ilə Həmasla bağlı narahatlıqlar da daxil müxtəlif mövzularda birbaşa danışıqlarda iştirak edib”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678