Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə Rusiya ərazisinə keçir – Putin buna hazırlaşır

37 Baxış

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin təhlükəsizliyi üçün “sanitar zona” yaratmağa hazırlaşır. Bu, Rusiyada hərbi vəziyyətin tətbiqi üçün ilkin şərtdir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

O bildirib ki, Putin 5 vilayətdə – Belqorod, Kursk, Bryansk, Voronej və Rostovda hərbi vəziyyət elan etməyə hazırlaşır və bu, hərbi baxımdan məntiqlidir:

“Orada hərbi vəziyyət elan edib, hərbi administrasiya təyin edilə bilər. Məhz bu Rusiyanın digər bölgələri üçün sanitar zonadır. Rusiya ordusunun Ukraynadan çıxarılmasından sonra onlar şimaldan cənuba qədər yeni cəbhə xətti yaratmalı və dövlət sərhədi boyunca bu xətti qorumalı olacaqlar”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678