Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrandan Moskvaya növbəti yük təyyarəsi- Xurma olmadığını təxmin etmək çətin deyil

41 Baxış

“İyunun 18-də Tehrandan Moskavaya daha bir “İl-76” yük təyyarəsi gəlib. Böyük ehtimalla o, rus işğalçıları üçün yeni bir silah partiyası çatdırıb”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko “Telegram”da məlumat verib.

“Bu gün İran Hərbi Hava Qüvvələrinin daha bir nəqliyyat vasitəsi olan İl-76TD Moskvaya enib. Nə gətirib? Xurma olmadığını təxmin etmək çətin deyil”,- ekspert yazıb.

Kovalenko iyunun birinci yarısında rusların “Şahed-136” kamikadze dronlarından istifadə intensivliyinin mayın birinci yarısı ilə müqayisədə azaldığına diqqət çəkib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678