Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kreml: “Baş prokuror Putinə Priqojinin silahlı üsyan cəhdi ilə bağlı cinayət işi barədə məruzə edib”

37 Baxış

Rusiya baş prokuroru İqor Krasnov Prezident Vladimir Putinə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyan təşkil etmək cəhdi ilə bağlı açılan cinayət işi barədə məlumat verib.

Turanmedia.az Tns-ə istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi, FTX, Daxili İşlər Nazirliyi, Rosqvardiya Putinə silahlı üsyana cəhdlə bağlı dövlət başçısının verdiyi tapşırıqlardan sonra görülən tədbirlər barədə gecə-gündüz rejimində hesabat verir.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və “Vaqner” döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678