Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət edir

42 Baxış

Bölmələrimiz bütün istiqamətlərdə Rusiya Federasiyasının dövlət sərhədini keçib.

Turanmmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin öz “Telegram” kanalında yaydığı səsyazısında bildirib.

“Biz Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik. Daha da irəli gedirik, sona qədər gedirik”, – deyə Priqojin vurğulayıb.

Vaqnerin rəhbəri sərhədçilərin onun döyüşçülərinə müqavimət göstərmədiyini də söyləyib.

Qeyd edək ki, Priqojin 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etdiyini açıqlayıb.

O, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in mövqelərinə raket zərbəsi endirdiyini iddia edib və bu barədə video və səs yazıları yayımlayıb.

Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və “Vaqner” döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678