Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Parisdə diplomatik skandal- Səudiyyə Ərəbistanı İsrail nümayəndələrini…

37 Baxış

İsrail diplomatları Səudiyyə Ərəbistanının Parisdə təşkil etdiyi qəbula buraxılmayıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Walla” nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin YUNESKO və OECD-dəki səfiri Xaim Əsrəf və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elazar Koenin dəvət olunmasına baxmayaraq, onların tədbirə qatılmalarına icazə verilməyib.

“Dəvətin geri götürülməsi Ər-Riyadın İsrail hökumətinin Yəhudeya və Samariyada yürütdüyü sərt siyasətə və son zamanlar şiddətin artmasına cavabı ola bilər”,- nəşr bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678