Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa liderlərinin Kiyevə səfərinin məqsədi nədir?

41 Baxış

Polşa Prezidenti Andjey Duda və Litva lideri Gitanas Nausedanın Kiyevə səfəri Qərb müttəfiqlərinin Ukraynaya dəstəyinin ifadəsidir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu fikri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin səsləndirib.

“Bu səfər Ukraynaya dəstəyi ifadə edir. Düşünmürəm ki, Polşa və Litva ən yeni partiya silah və böyük miqdarda sursat verə bilər. Onların digər aparıcı NATO ölkələri kimi imkanları yoxdur. Amma partnyorlar çox ciddi siyasi dəstək verirlər. Rusiya ilə qarşıdurmada Ukraynanı, onun prezidentini və xalqını dəstəkləmək üçün hər zaman istənilən təşəbbüsdə ön sıralarda çıxış edirlər. Təbii ki, onlar hərbi və texniki təchizatın, döyüş sursatlarının gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürəcəklər”, -politoloq qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678