Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ən mürəkkəb məsələlərin həlli… – Blinken

43 Baxış

Ən çətin məsələlərin həlli sonraya qalıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib.

O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir:

“Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”.

Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678