Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Titanik” gəmisinin batdığı yerə bilet satışı davam edir

39 Baxış

ABŞ-ın özəl “OceanGate Expeditions” şirkəti tərəfindən “Titanik” gəmisinin batdığı əraziyə turlar davam etdirilir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, hazırda 2024-cü ildə iki ekspedisiya üzrə bilet əldə etmək mümkündür – 12-20 iyun və 21-29 iyun.

Qeyd edək ki, iyunun 19-da “Titanik”in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı gəmisi ilə əlaqənin kəsildiyi məlum olub. Üç gün sonra ABŞ-ın sahil mühafizəsi batiskafın qalıqlarının aşkar edildiyini elan edib. Daha sonra departament gəmidə olan bütün ekipaj üzvlərinin və sərnişinlərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678