Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya 1 gündə müharibəyə nə qədər xərcləyir? – ŞOK RƏQƏM

40 Baxış

Ukraynaya qarşı bir günlük müharibə Rusiyaya 1 milyard dollara başa gəlir. Kreml işğalı maliyyələşdirmək üçün xammal ixracından milyardlarla vəsait toplayır, lakin Qərbin sanksiyalarından sonra Rusiyanın enerji qiymətləri kəskin şəkildə aşağı düşüb və Rusiya hazırda neft tədarükü ilə bağlı çətinlik yaşayır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin “Time” jurnalı yazıb.

Nəşr qeyd edir ki, bütün bunların fonunda Rusiya hakimiyyəti “əsrarəngiz” vergilər qoyur və öz xalqını “dolayır”: “Bu cür addımlar Putini Rusiya cəmiyyətində qeyri-populyar edir və onun hakimiyyətini zəiflədir. Təəccüblü deyil ki, silahlı üsyana cəhd zamanı Rusiya Federasiyasının nə əhalisi, nə də elitası Kreml sahibinin ətrafında toplaşıb”.

“İqtisadi tənəzzül heç vaxt hakimiyyətin devrilməsinin yeganə səbəbi deyil, lakin onun tiran rejimlərin süqutunda, xüsusən də müharibənin maliyyələşdirilməsi baxımından ciddi əhəmiyyəti diqqətdən kənarda qalmamalıdır”, – məqalədə vurğulanır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678