Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlcəzair yeni qərar qəbul etdi: təhsil fransız dilində deyil, ingilis dilində olacaq

47 Baxış

Fransa tərəfindən 132 il müstəmləkə altında qalan və 1962-ci ildə müstəqilliyini əldə edən Əlcəzair yeni qərar qəbul edib.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, Əlcəzair Ali Təhsil Nazirliyi fransız dili əvəzinə ingilis dilini təhsil dili etmək üçün hazırlıqlara başlayıb.

Nazirlik bununla bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.

Belə ki, 2023-2024-cü ildən ali məktəblərdə tədris dilində dəyişiklik olacaq.

Əlcəzairdəki universitetlərdə ilk xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illərdə ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdəndir. Bu addımın həm də Əlcəzair və Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğu bildirilir.

Əlcəzairin üzv olmaqdan imtina etdiyi Beynəlxalq Frankofoniya Təşkilatının 2022-ci il hesabatına görə, 45 milyon əhalisi olan ölkədə təxminən 15 milyon insan fransızca danışır. Ərəb dilinin ilk, bərbər dilinin (amaziq dili) ikinci rəsmi dili olduğu Əlcəzairdə fransız dili də insanlar tərəfindən geniş istifadə olunur. Ölkədə fransız dili ibtidai sinifdən etibarən təhsil proqramına daxil edilib.

Qeyd edək ki, 28 sentyabr 2022-ci il tarixində nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678