Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya 700 min uşağı Ukraynadan çıxardığını etiraf edib

38 Baxış

Rusiya son illərdə Ukraynadan 700 min uşağı Rusiya Federasiyası ərazisinə aparıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının üzvü Qriqori Karasin “Telegram”da bildirib.

“Son illərdə 700 min uşaq Ukraynadakı münaqişə zonalarından bomba və atəşə məruz qalaraq bizə sığınıb”,- Karasin qeyd edib.

Rusiya genişmiqyaslı işğalının başlanğıcından bəri ukraynalı uşaqları işğal olunmuş ərazilərdən kütləvi surətdə deportasiya edir. Onları Krıma, Rusiya Federasiyasına və ya Belarusa, guya, “reabilitasiya” və ya düşərgələrdə dincəlmək üçün aparırlar.

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin məlumatına görə, 19 393 uşağın qanunsuz olaraq Rusiyaya aparıldığı məlumdur.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası ukraynalı uşaqların Rusiyaya deportasiyasını soyqırım kimi tanıyan qətnamə qəbul edib. Bu sənəddə ilk olaraq Rusiyanın hərəkətləri ilə bağlı “soyqırım” ifadəsi qeyd edilir.

Ukraynalı uşaqların qanunsuz deportasiyası ilə əlaqədar Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiya Federasiyasının uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678