Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Saakaşvili həbs cəzasını layiqincə çəkməlidir”

46 Baxış

“Saakaşvilinin ailəsinin etməli olduğu tək şey kalori hesablamaqdır”.

Turanmedia.az-ın məlumatına görə, Tns xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mixail Saakaşvili həbs cəzasını layiqincə çəkməlidir.

“Onun ailəsinin etməli olduğu tək şey kalori hesablamaqdır. Süni şəkildə çəki itirmək doğru deyil. Onlar 600 gün boyunca bizə bu adamın öldüyünü deyirdilər. Strasburq məhkəməsi öz qərarını açıqladıqdan sonra görünür o artıq ölmür, lakin siyasətə qayıdır”, – deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, iyunun 16-da Saakaşvili “Facebook”da bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, gürcü siyasətində çox aktiv iştiraka qayıtmaq niyyətindədir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678