Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbulda partlayış olub, yaralılar var

47 Baxış

Türkiyənin İstanbul şəhərinin Çekmeköy qəsəbəsində 4 mərtəbəli binada partlayış baş verib.

Turanmedia.az-ın məlumatına görə, TNS “Haber Global”a istinadən xəbər verir ki, partlayışın təbii qazdan qaynaqlandığı bildirilir.

İlkin məlumatlara görə, partlayış zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb edilib.

Partlayış nəticəsində yaranan yanğın yanğınsöndürmə qrupları tərəfindən söndürülüb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678