Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski Bolqarıstan Prezidentinin bu təklifinə qəzəbləndi

40 Baxış

“Biz normal həyatımızı bərpa etmək istədiyimiz üçün mübarizə aparırıq. Əgər biz döyüşmək istəsəydik, Rusiya ərazisində olardıq”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Bolqarıstan Prezidentini müharibə əvəzinə “konflikt” sözünü işlətdiyinə görə tənqid edib. O, həmçinin Rumen Radevin müharibənin “diplomatik həll” təklifini də rədd edib.

Ukrayna lideri hazırda ən yaxşı çıxış yolunun Kiyevə hərbi yardım göstərmək olduğunu bildirib.

“Əks təqdirdə müharibə sizin evinizə gələcək”, – Zelenski emosional tərzdə vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678