Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yoxa çıxan 2 erməni uşağın meyiti Ağdərədə aşkarlandı

45 Baxış

Qarabağdakı separatçı rejim keçmiş Ağdərə rayonu ərazisində 3 və 6 yaşlı iki uşağın öldüyü barədə məlumat yayıb.

Turanmedia.az musavat.com-a istinadən bildirir ki, iyulun 7-də saat 22:00 radələrində Xocavənd rayonunun kəndlərindən birinin sakini V.N “polis”ə ərizə ilə müraciət edərək həmin gün saat 14:00 radələrində iki azyaşlı uşağını – 3 yaşlı L.N. və 6 yaşlı G.N-ni evdə nəzarətsiz qoyub, Ağdərəyə işləməyə getdiyini bildirib.

Saat 17:30 radələrində geri qayıdanda uşaqların evdə olmadığını görüb. Bundan sonra uşaqların birgə axtarışına başlanılıb. İyulun 8-də səhər saat 07:30-da Ağdərə şəhərində yaşayan A.Q. özünün “BMW” markalı avtomobilində 2 ölü uşaq tapması barədə məlumat verib.

Yoxlanılan kameralarda azyaşlı uşaqların müstəqil şəkildə Ağdərə şəhərinə getdikləri, daha sonra sözügedən avtomobilin arxa qapısını açaraq oturacaqda yuxuya getmələri qeydə alınıb. İlkin məlumata görə, ölümə səbəb avtomobildə yüksək hərarət olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678