Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur aktyor xəstədir: Son halı sevənlərini üzdü – FOTO

44 Baxış

Məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhətində problemlər yaranıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı onun sirrozdan əziyyət çəkdiyini və orqan transplantasiyasına ehtiyacı olduğunu yazıb.

48 yaşlı aktyor yayılan xəbərlərdən sonra sosial şəbəkələrdə səhhəti haqqında açıqlama yayıb:

“Bir müddətdir ki, qaraciyərimdə problemlər var. Orqan transplantasiyası ehtimalına qarşı təbii ki, vəziyyətim mütəxəssis həkimlər tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.
Baş verə biləcək proseslərlə bağlı öncədən danışıqlar aparılır. Yaxınlarımdan təşviş dolu mesajlar aldım və çox üzülürəm. Həyat bizi xəstəliklərlə yaşamağı öyrənməyə məcbur edir. Amma bu proseslərin işimə təsir etməsinə heç vaxt icazə verməmişəm. İnşallah bu gündən sonra belə bir niyyətim yoxdur, ən qısa zamanda yeni serial və filmlərlə qarşınıza çıxacağam.
Bütün sevgi və dua dolu mesajlarınız üçün çox sağ olun”, – deyə aktyor bildirib.

Qeyd edək ki, U.Özkan “Həyat Bəzən Şirindir”, “Varlı qız kasıb oğlan”,”Geniş ailə”, “Mənim anam bir mələkdir” və s. seriallarda, xeyli sayda filmdə rol alıb, populyar televiziya verilişlərinin aparıcısı olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678