Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Darıxdım, ürəyim istədi deyə yandırdım” – Meşəni yandıran şəxs

38 Baxış

Ötən gün saat 23:00 radələrində Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda meşə sahəsində yanğın baş verib.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az “Hürriyet”ə istinadla xəbər verir ki, küləyin təsiri ilə qısa müddətdə böyüyən yanğını görən məhəllə sakinləri yanğınsöndürənlərə məlumat veriblər. Ekipajlar yanğını nəzarət altına almaq üçün çox çalışıblar. Təxminən 3 saatlıq işdən sonra alov nəzarət altına alınıb.

Ətrafdakılar yanğın genişlənməyə başlayanda bir nəfərin meşədən çıxdığını görərək jandarma qruplarına məlumat verib.

Ərazidə araşdırma aparan qruplar şübhəli Ali Öneri (35) ərazidən qaçmağa çalışarkən yaxalayıb. Saxlanılan Ali Önerin daha əvvəl də öz evini yandırmağa cəhd etdiyi üzə çıxıb.

Narkotik aludəçisi olduğu bildirilən Ali Öner ifadəsində “Darıxdım, ürəyim istədiyi üçün meşəni yandırdım” söyləyib.

Saxlanılan şəxs “meşələri qəsdən yandırmaq” və “ümumi təhlükəsizliyə qəsdən təhlükə yaratmaq” ittihamları ilə həbs edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678